Gürcüstanın səhiyyə naziri istefa verib
Tbilisi, 1 mart, AZƏRTAC
Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili martın 1-də vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Z.Azaraşvili Baş nazir İrakli Kobaxidze ilə danışıqdan sonra vəzifəsindən ayrılıb.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidze səhiyyə naziri ilə danışıb, bundan sonra Zurab Azaraşvili istefa verib. Yeni səhiyyə naziri yaxın günlərdə hökumət başçısı tərəfindən irəli sürüləcək”, - məlumatda belə deyilir.
Qeyd edək ki, Z.Azaraşvili yeni hökumətin tərkibində bu vəzifədə cəmi bir ay işləyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]