Gürcüstanın xarici ticarət dövriyyəsi 15 faiz azalıb
Tbilisi, 13 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 9,15 milyard ABŞ dolları təşkil edib. Bu da 2019-cu ilin eyni dövrünə nisbətən 15 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, 10 ay ərzində Gürcüstanın xarici ticarətində ixracın dəyəri illik müqayisədə 11,1 faiz azalaraq 2,71 milyard dollara, idxalın dəyəri isə 16,6 faiz geriləyərək 6,44 milyard dollar olub.
Ölkənin xarici ticarət dövriyyəsində 3,72 milyard dollarlıq kəsir yaranıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]