Azərbaycan Dövlət İnformasiya Agentliyi

HACIQABUL RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHMƏD MUXTAROVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Bu gün rayonumuz üçün çox əlamətdar, tarixi bir gündür.

Zati-aliləri, icazə verin, Sizin bu səfərinizi böyük sevinclə gözləyən, bu fərəhli anları yaşayan Hacıqabulun bütün əhalisi adından ilk dəfə rayonumuza gələn Prezidentimizi salamlayım, “Xoş gəlmisiniz” deyim.

Möhtərəm cənab Prezident!

Böyük minnətdarlıq və qürur hissi ilə bildiririk ki, respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunun da inkişafı, əhalinin rifah halının və yaşayışının yaxşılaşması əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətlə, Sizin rəhbərliyiniz altında son illər həyata keçirilən möhtəşəm tədbirlərlə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası ilə bağlıdır.

Bugünkü Hacıqabulu 4-5 il bundan əvvəlki Hacıqabulla müqayisə etmək belə mümkün deyildir. İndi hər yerdə tikinti-abadlıq işləri gedir. Yeni infrastruktur yaradılır, tarlalar becərilir, təzə müəssisələr, iş yerləri açılır. İnsanların öz sabahlarına ümidləri və inamları sonsuz dərəcədə artmışdır.

Sizin Azərbaycanda həyata keçirdiyiniz siyasətin əsasında insan amili dayanır. İnsanın rifahına, onun sosial ehtiyaclarının ödənilməsinə, firavan həyatının qurulmasına yönəlmiş məqsədyönlü siyasətiniz, göstərdiyiniz yüksək qayğı və diqqət bizim rayonda da öz bəhrəsini verir. Əhalinin sosial-iqtisadi problemləri ardıcıl olaraq həll edilir. Adamların güzəranı getdikcə yaxşılaşır. Elə bu gün Sizin tapşırıq və xeyir-duanızla tikintisinə başlanan Hacıqabul Rayon Uşaq Tibb Mərkəzinin təməlqoyma mərasimində iştirakınız hacıqabullulara göstərdiyiniz qayğıya daha bir parlaq nümunədir.

Onu da qeyd etmək istəyirəm ki, buna qədər Sizin köməyinizlə rayonumuzda səhiyyə sahəsində başqa bir problem öz həllini tapmış, uzun illərdən bəri tikintisi yarımçıq qalmış 50 çarpayılıq şəhər xəstəxanası Dövlət Proqramına uyğun olaraq, cari ilin aprel ayında istifadəyə verilmişdir. Minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, apardığınız uğurlu siyasətin nəticəsində ötən il rayon üzrə 871 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilmişdir. Bu da əvvəlki illə müqayisədə 77,2 faiz çoxdur. İndi hacıqabullu ailəsinin hər bir üzvünə 14 kvadratmetr mənzil sahəsi düşür. Bu, Sizin yüksək diqqət və qayğınız sayəsində rayonda insanların yeni iş yerləri, yaxşı iş şəraiti, yüksək gəlir, firavan yaşayışla təmin olunmasının ən bariz göstəricisidir.

Hörmətli cənab Prezident!

Təkcə ötən il rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafına 11 milyon manatdan artıq investisiya qoyulmuşdur ki, bu da 2005-ci ilə nisbətən 32,1 faiz çoxdur. Sərmayənin 10,6 milyon manatı, yəni 95 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Şəhərin mərkəzində “Dədə Qorqud” parkı salınmış, dairə seçki komissiyasının binası əsaslı təmir edilmişdir. Qaz istismarı idarəsinin, sosial müdafiə mərkəzinin yeni inzibati binaları tikilmişdir. Sizin tapşırığınızla rayonumuza ayrılmış vəsait hesabına şəhərin 12 küçəsinə asfalt döşənmiş, səkilər düzəldilmiş və abadlıq-quruculuq işləri aparılmışdır.

Sizin tapşırığınız və köməyinizlə hazırda rayonda tikinti-quruculuq işləri sürətlə davam edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, bələdiyyə parkının tikintisi başa çatmaq üzrədir. Ayrı-ayrı sahələr üzrə özəl xidmət və istehsal müəssisələrinin tikintisi davam etdirilir.

İcazə verin, fürsətdən istifadə edərək, hacıqabulluların ən səmimi minnətdarlığını və xoş arzularını Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri çox hörmətli Mehriban xanım Əliyevaya çatdırım. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddət ərzində rayonda 3 yeni məktəb binası tikilmişdir. Hazırda şəhərdə 640 yerlik, Padar qəsəbəsində 420 yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir.

Hacıqabul rayonu coğrafi cəhətdən ölkənin bütün əsas kommunikasiya xətlərinin keçdiyi ərazidə və paytaxtın 110 kilometrliyində yerləşir. Bu isə rayonda sənaye sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Uzun illərdən bəri fəaliyyətini dayandırmış toxuculuq-xalçaçılıq sahələri, süd emalı sexi rayonumuzun sənaye potensialının artırılması, işsizliyin aradan qaldırılması məqsədi ilə bərpa olunub işə salınmışdır. Nəticədə 100-dən çox sakin özünə daimi iş yeri tapmışdır. Son üç ildə rayonda 1894 iş yeri açılmışdır ki, bunun da 1735-i daimidir.

Rayonda bəzi sənaye sahələrinin inkişaf etdirilməsi üçün yaxşı şərait vardır. Toxuculuq-xalçaçılıq, meyvə-tərəvəz emalı sahələrini daha da inkişaf etdirmək, çəltik emalı zavodu tikmək üçün kifayət qədər işçi qüvvəsi və bol xammal vardır. Rayonda ildə 30 milyon ədəd yumurta istehsal edən damazlıq təsərrüfatının, müasir süd və çəltik emalı zavodlarının tikintisi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident!

Bu ərazidə yaşayanların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Lakin tarixən rayonumuzda suyun çatışmazlığı çox böyük problemə çevrilmişdir. Rayonun təsərrüfatlarını əkin suyu ilə təmin etmək, bu problemi aradan qaldırmaq məqsədi ilə Sizin tapşırığınıza uyğun olaraq, artıq Pirsaat su anbarının lildən təmizlənilib həcminin genişləndirilməsinə başlanmışdır. Rayonumuzda uzunluğu 55 kilometr olan və saniyədə 6 kubmetr su ötürmək gücünə malik baş suvarma kanalının çəkilişi də sürətlə davam etdirilir. Bu işlərin başa çatması nəticəsində rayonda əlavə 6 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaq, 7 min hektara yaxın sahənin su təminatı əsaslı surətdə yaxşılaşacaqdır.

Hacıqabullular böyük inamla düşünürlər ki, qısa müddətdə bu qədər möhtəşəm işlər həyata keçirildiyi kimi, Sizin rəhbərliyinizlə növbəti beş ildə də ölkəmizdə böyük xariqələr yaradılacaqdır. Bir neçə ildən sonra bu boz çöllər bağlı-bağatlı, yaşıllıqlar diyarına çevriləcəkdir. Siz Hacıqabula ikinci həyat gətirəcəksiniz. Belə bir xeyirxah əməli Hacıqabul camaatı heç vaxt unutmayacaq, nəsillər ömrü boyu Sizə minnətdar olacaqlar.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınızla bağlı rayonumuzda qarşıda görüləsi işlər çoxdur. Hacıqabullular həmişə olduğu kimi, Sizin böyük diqqət və qayğınıza bundan sonra da əməli işlərlə cavab verəcək, apardığınız möhtəşəm siyasətin həyata keçirilməsinə bütün qüvvələrini səfərbər edəcəklər. 

                                                                                  X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır