Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisidlər istehsal ediləcək
Bakı, 13 avqust, AZƏRTAC
“Az Agromila” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.
Bu barədə AZƏRTAC-a İZİA-dan bildirilib.
Məlumata görə, investisiya dəyəri 4,7 milyon manat olan yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsi çərçivəsində 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Hacıqabul Sənaye Parkında hazırda 15 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 106,7 milyon manatdan çox investisiya yatırılıb, 570-dək daimi iş yeri yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.08.2026 [12:41]
Daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
- 13.08.2026 [12:26]
® “Expressbank” eyni gündə 2 filial açıb
- 13.08.2026 [12:18]
İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb
- 13.08.2026 [11:54]
“Qarabağ”ın matçı ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək
- 13.08.2026 [11:33]