HACIQABULUN ƏKİN DÖVRİYYƏSİNƏ ƏLAVƏ 15 MİN HEKTAR TORPAQ SAHƏSİ DAXİL OLACAQDIR
Hacıqabul, 4 mart (AZƏRTAC). Hacıqabul rayonunda iri meliorasiya layihələri həyata keçirilir.
Rayonun Padar, Qarasu kəndləri və Muğan qəsəbəsindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişi davam etdirilir. İndiyədək bu kanalın 5,5 kilometri çəkilmişdir. Rayondakı Pirsaat su anbarı lil çöküntüsündən təmizlənir, sututarın bəndləri möhkəmləndirilir. Anbarın su tutumunun artırılması və normal iş rejiminə keçirilməsi Pirsaat qəsəbəsi, Rəncbər, Navahı, Atbulaq və Qızılburun kəndlərinin ərazisindəki 8 min hektar torpaq sahəsinin suvarılma imkanlarını artıracaqdır.
Ümumiyyətlə, layihələrin tam həcmdə reallaşdırılması sayəsində rayonda əkin dövriyyəsinə əlavə 15 min hektar torpaq sahəsi daxil olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]