HACIQABULUN MƏDƏNİYYƏT EVİ YENİDƏN QURULACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Hacıqabul rayon mədəniyyət evinin yenidən qurulması layihəsi ilə də tanış oldu. Qeyd edildi ki, bu mədəniyyət evi əsaslı təmirdən sonra ən müasir standartlara cavab verəcək və burada mədəni tədbirlərin keçirilməsi üçün hər cür müasir şərait yaradılacaqdır.
Dövlətimizin başçısı binada aparılacaq yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.