Hadrutda “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi”nin final turu keçirilir
Xocavənd, 15 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Hadrut qəsəbəsində paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika "Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi"nin final turu başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərişıq” ASC-nin 10 illiyinə həsr olunan yarışların final turunda 11 komanda iştirak edir.
Müsabiqənin əsas məqsədi energetika sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsini təşviq etmək, peşəkar həmrəyliyi gücləndirmək və ustalıq səviyyəsini artırmaqdır.