Hamburqda bıçaqlı hücumu törədən qadını çeçen və suriyalı şəxslər zərərsizləşdiriblər
Berlin, 26 may, AZƏRTAC
Almaniyanın Hamburq şəhərinin mərkəzi dəmir yolu vağzalında mayın 23-də insanlara bıçaqla hücum edən qadının saxlanılmasına dair bəzi təfərrüatlar açıqlanıb.
AZƏRTAC “Stern” jurnalına istinadla xəbər verir ki, 39 yaşlı qadının hücumunun qarşısını suriyalı və çeçen olan iki nəfər alıb.
Suriyanın Hələb şəhərindən olan və vətəndaş müharibəsi ilə əlaqədar 2022-ci ildə Almaniyaya sığınan 19 yaşlı Məhəmməd əl-Məhəmməd qadının insanlara bıçaqla hücum etdiyini görən kimi onu saxlamaq qərarına gəlib. Həmin anda çeçen əsilli bir nəfər də müdaxilə edərək qadını yerə yıxıb. Qadın müqavimət göstərməyib və hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisədən sonra suriyalı gənc polis şöbəsinə aparılıb və ifadə verib. Polis əməkdaşları cəsarətinə görə ona təşəkkür ediblər.
Ümumilikdə 18 nəfərin xəsarət aldığı hücumun qarşısının alınmasında göstərdiyi cəsarətə görə, Məhəmməd əl-Məhəmmədə sosial şəbəkələrdə çoxsaylı təşəkkür və dəstək mesajları gəlib. Təkcə instaqramda onun cəsarətli hərəkəti ilə bağlı paylaşım 23 min dəfə bəyənilib.
Çeçen əsilli digər şəxslə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]