HAQSIZ RƏQABƏTƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Aysu” əmtəə nişanlı sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan “Aysu Qida Sənaye LTD” MMC barəsində iş qaldırılmışdı.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə “Aysu Qida Sənaye LTD” MMC-yə 5,6 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.