HARVARD UNİVERSİTETİ ABŞ-DA ƏN ZƏNGİN VƏ TƏLƏBKAR ALİ MƏKTƏBDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əsası 1636-cı ildə qoyulmuş Harvard Universiteti ABŞ-da təkcə ən qədim deyil, həm də ən zəngin və abituriyentlərə qarşı tələbkar ali məktəb hesab olunmuşdur. Bu fəxri ada universitet son 12 il ərzində ilk dəfə layiq görülmüşdür.
Ən nüfuzlu və tələbkar ali məktəblərin illik siyahısı tərtib olunarkən qəbul imtahanlarının ciddiliyi, müəllim heyətinin nüfuzu və məzunların uğurları nəzərə alınır. Bu göstəricilərə əsasən, ikinci yeri Prinston Universiteti tutur. İlk “beşliyə” Yel Universiteti, Massaçusets Texnolojı Universiteti və Stanford Universiteti də daxildir.
Harvard Universitetinin nümayəndəsi Robert Mitçell ali məktəbin xidmətlərinin qiymətləndirilməsindən məmnunluğunu bildirməklə yanaşı, abituriyentlərə ali məktəb seçərkən nüfuz və reytinqə deyil, öz meyillərinə və tələbatlarına əsaslanmağı məsləhət görmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]