“Hatayspor” – “Beşiktaş” qarşılaşmasında qalib müəyyənləşməyib
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da futbol üzrə Türkiyə çempionatının XVIII turunun ikinci gün qarşılaşmasında "Hatayspor" doğma meydanda "Beşiktaş"ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə qalib müəyyənləşməyib -2:2. Matça fəal başlayan qonaqlar 6-cı dəqiqədə Vinsent Aboubakarın qolu ilə hesabı açıblar. Lakin cəmi bir dəqiqə sonra Aaron Boupendza hesaba tarazlıq gətirib. Oyunun 23-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu A.Boupendza komandasını hesabda önə çıxarıb. Görüşün 41-ci dəqiqəsində isə Kayl Larin hesabı bərabərləşdirib. Qarşılaşmanın qalan vaxtı ərzində tərəflər hesabı dəyişdirməyə cəhd göstərsələr də hesab dəyişməyib.
Günün digər matçlarında isə "Ankaragücü" doğma meydanda "Başakşəhər"ə 2:1 hesabı ilə uduzub. "Konyaspor" isə səfərdə "Fatih Karagümrük"ə 2:1 hesabı ilə məğlub olub. "Rizəspor" - "Dənizlispor" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Hazırda çempionatın turnir cədvəlinə 35 xalla "Beşiktaş" başçılıq edir. Ondan 2 xal geri qalan "Qalatasaray" ikinci, 32 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. On yeddinci turda "Trabzonspor" istirahət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]