“Heineken” 8 min iş yerini ixtisara salır
Amsterdam, 10 fevral, AZƏRTAC
Niderlandın məşhur “Heineken” pivə istehsalçısı COVID-19 pandemiyasının ağır təsirinə məruz qaldığı üçün beynəlxalq səviyyədə 8 min iş yerini ixtisar edəcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, dünyada 2 nömrəli pivə hesab edilən “Heineken” 2019-cu il 2,1 milyard avro mənfəət əldə etsə də, 2020-ci ili 204 milyon avro itki ilə başa vurub.
Şirkət bildirib ki, COVID-19 pandemiyası və hökumətin sanitar qadağaları qrupun fəaliyyətinə və bazarına böyük təsir göstərməkdə davam edir. “Heineken”in baş direktoru Dolf van den Brink 2020-ci ilin görünməmiş zərər və keçid ili olduğunu deyib. Şirkət dünyanın bir çox ölkələrində bar və restoranların bağlanması nəticəsində ötən ili pivə satışında 23 milyard avro itki ilə başa vurub. “Heineken” hələ ötən il oktyabr ayından yenidən strukturlaşma ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, iş yerlərinin ixtisarı ölkələrdəki şəraitə uyğun aparılacaq, bununla belə görülən tədbirlər qrupun Amsterdamdakı mənzil qərargahına da təsirsiz ötüşməyəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Amsterdam
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]