HƏMYERLİMİZ BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİNİN XÜSUSİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 15-dən 24-dək Şimali Kiprdə “Yeniboğaziçi Pulya Festivalı” çərçivəsində Beynəlxalq “Pulya” Karikatura müsabiqəsi keçirilmişdir. Festivala 8 ölkədən 13 karikaturaçı rəssam fəxri qonaq kimi dəvət olunmuşdu. Ölkəmizi bu tədbirdə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə təmsil etmişdir.
Beynəlxalq Karikaturaçılar Federasiyasının və Kipr Boğaziçi bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə karikatura janrının inkişafında və təbliğindəki xidmətlərinə görə Rusiyadan Mixail Zlatkovski, Ukraynadan Vladimir Kazanevski, Türkiyədən Atila Özər, İsmail Kar, İtaliyadan Dalponte Paolo, Rumıniyadan Julian Pena Pai, Kristian Topan, Makedoniyadan Cordan Pop İliyev və Azərbaycandan Bayram Hacızadə festivalın gümüşdən hazırlanmış xüsusi mükafatına və xatirə hədiyyələrinə layiq görülmüşlər.
Şimali Kiprin lideri Mehmet Əli Tələt rəssamları qəbul etmişdir. Görüşdə Mehmet Əli Tələtə Azərbaycan karikaturasından bəhs edən “100 illik karikatura tariximiz” adlı kitab hədiyyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]