HƏMYERLİMİZƏ “YÜZİLLİYİN MESSENATLARI” ORDENİ VERİLMİŞDİR
Bu mükafata layiq görülmüş 57 xeyriyyəçidən biri də həmyerlimiz Elman Həsənovdur. O, Naberejnıye Çelnı şəhərinin sakini, “Polimer” Elm-İstehsalat Birliyinin baş direktoru, Ümumrusiya Azərbaycan Konqresinin fəal üzvüdür. Bu yüksək mükafat ona Rusiyada çoxillik xeyriyyəçilik fəaliyyətinə görə verilmişdir.
Rusiyada yaşadığı illər ərzində E.Həsənov bir çox xeyirxah işlər görmüşdür - “Abuzər” məscidini, Qocalar evi və Uşaq evi tikdirmiş, Borovitsk kilsəsini bərpa etdirmişdir. Bütün bu xeyirxah əməllərlə yanaşı, o, tarixi Vətənini də unutmamışdır. Belə ki, Sumqayıt şəhərində onun yardımı ilə kiçik şəhərcik salınmış, qaçqınlar və məcburi köçkünlər üçün doqquzmərtəbəli bina ucaldılmış, məscid tikilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]