Həndbol üzrə Azərbaycan çempionatının püşkü atılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Həndbol üzrə XXX Azərbaycan çempionatının təqvimi müəyyənləşib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişi və qadınlar arasında təşkil olunacaq yarışın püşkatma mərasimi keçirilib.
2023/2024 mövsümünə noyabrın 11-12-də keçiriləcək I turun oyunları ilə start veriləcək. Qadınlar arasında 6 (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”), kişilərin mübarizəsində isə 7 (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) komanda qüvvəsini sınayacaq.
I turun təqvimi:
Qadınlar
11 noyabr
13:00. “Azəryol” - “Gənclər Birliyi”
17:00. “Kür” - “Qarabağ”
12 noyabr
13:00. “Bakı” - “İdman Akademiyası”
Kişilər
11 noyabr
15:00. “Kür” - “Təhsil”
12 noyabr
11:00. “İdman Akademiyası” - “Dinamo”
15:00. “Azəryol” - “Qarabağ”
Qeyd edək ki, ölkə çempionatının oyunları “AHF Arena”da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]