Hərbçi güləşçilərimizin dünya çempionatında üçüncü medalını Coşqun Əzimov qazanıb
Bakı, 16 may, AZƏRTAC
Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında milli komandamızın aktivinə üçüncü bürünc medalı Coşqun Əzimov yazdırıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Lukas Botondu 10:0 hesabı ilə məğlub edərək təmiz qələbə qazanıb.
Bununla da MOİK komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının ilk yarış günündə üç bürünc medal əldə edib.