HƏRBÇİLƏRİMİZ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində yanvarın 9-dan 13-dək Almaniyanın Oberammerqau şəhərində “Qərargah zabitləri üçün tanışlıq” kursu, yanvarın 9-dan martın 11-dək Macarıstanın paytaxtı Budapeştdə “Hərbi ingilis dili” kursu, yanvarın 11-dən 13-dək Stavanger şəhərində (Norveç Krallığı) “Steadfast Jaw-06” təliminin ilkin planlaşdırma konfransı və Belçikanın paytaxtı Brüsseldə “Avropada adi silahlı qüvvələr” müqaviləsi çərçivəsində “VERİTİ” işçi görüşü keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]