Hərbi Akademiyanın xarici dil və tərəfdaşlıq mərkəzində buraxılış mərasimi keçirilib
Bakı, 20 may, AZƏRTAC
Silahlı Qüvvələrin Hərbi Akademiyasının xarici dil və tərəfdaşlıq mərkəzində təşkil olunmuş növbəti intensiv ingilis dili kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev kursu bitirən dinləyiciləri təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:08]