HERBİ HANKOOKUN MÜKAFATI GURULTULU ALQIŞLAR OLMUŞDUR
Onun konserti, əslində, “Bakı Caz festivalı-2006”-nın zirvəsi olmuşdur. İfaçı konserti şəxsi kompozisiyası ilə açaraq, sezilmədən “Sarı gəlin” mövzusuna keçmişdir. Skripkaçı Lili Heydnin kompozisiyanı virtuoz müşayiəti salonda sürəkli alqışlar doğurmuşdur. “Sarı gəlin” mövzusunu bənzərsiz səsi ilə Layonel Lyuk başa çatdırmış, səhnəni yenə də H.Hankookun ixtiyarına vermişdir. Böyük cazmenin kompozisiyalarını növbə ilə müşayiət edən Riçi Barşeyin (zərb aləti) və Met Harrisonun məharətini də vurğulamaq yerinə düşərdi.
İncə caz duyumu olan Bakı dinləyiciləri sənətçinin çıxışlarını gurultulu alqışlarla qarşılamışlar.
Prezidentin İcra Aparatı humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov konsertdə olmuşlar.