Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili məqsədilə səyyar təşviqat dəstəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissədə daha bir mədəni-kütləvi tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivlərinin çıxışları böyük maraqla izlənilib.