Hərbi hissələrdə “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir
Bakı, 20 aprel, AZƏRTAC
2018-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən müsabiqənin məqsədi hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi, eləcə də hərbi intizamın daha da möhkəmləndirilməsi və qabaqcıl təcrübənin təbliğidir.
Müsabiqənin qalibləri xüsusi komissiya tərəfindən müəyyən ediləcək.