Hərbi qulluqçularımız “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər
Naxçıvan, 10 fevral, AZƏRTAC
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları qardaş Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qış təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.
Hava desantı qruplarımız paraşütlərlə təyin olunmuş təlim rayonuna endirilir.
Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin olunur.