Hərbi qulluqçuların iştirakı ilə seminar keçirilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq, Beyləqan Rayon Mədəniyyət Evində hərbi qulluqçuların iştirakı ilə “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında növbəti seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə seminarların şəxsi heyətin maarifləndirilməsində böyük rol oynayacağı qeyd edilib. Seminar “Heç vaxt gec deyil” sənədli filminin nümayişi ilə başa çatıb.