Hesablama Palatasının sədri: “ASOSAI İdarə Heyətinə üzvlük həm etimad, həm də məsuliyyətdir”
Bakı, 17 iyul, AZƏRTAC
ASOSAI İdarə Heyətinin 62-ci toplantısının Bakıda keçirilməsi Azərbaycan üçün qürurverici və məsuliyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
O, Hesablama Palatasının beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Vüqar Gülməmmədov qeyd edib ki, ASOSAI İdarə Heyətinə üzv seçilmək həm etimaddır, həm də gələcəkdə daha fəal iştirak üçün məsuliyyətdir.
Sədr çıxışında əlavə edib ki, ali audit orqanları arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi əməkdaşlığın daha sistemli qurulmasına şərait yaradacaq. O, həmçinin Azərbaycanda həyata keçirilən dövlət maliyyə idarəetməsi islahatları və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə fikirlərini bölüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]