Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib

Naxçıvan, 17 iyun, AZƏRTAC

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Ali Məclisin Sədri kursantları salamlayıb.

Kursantlar orkestrin müşayiəti ilə dövlət himnini ifa ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, tədbir iştirakçılarını təbrik edərək deyib: Azərbaycanda ordu quruculuğunun əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərində hərbçi kadrların hazırlanması ilə başlanan bu proses dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk milli ordu qurumunun yaradılması, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Silahlı Qüvvələrin formalaşdırılması ilə davam etdirilib. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Ulu Öndərin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

Ali Məclisin Sədri deyib: Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbçi kadrların hazırlanması işinə mühüm töhfə verir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursant təhsil alır və bu gün 20-ci buraxılış mərasimi keçirilir. Ötən dövrdə hərbi liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının timsalında sağlam, vətənpərvər və əqidəli gəncliyimizi, etibarlı gələcəyimizi görür və bununla fəxr edirik!

Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər zabitlər xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır”. Məzun olan hər bir kursant gələcək təhsil və xidmət dövründə Ümummilli Liderimizin tövsiyələrini əsas götürməli, Vətənimizə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməlidir. Qarşınızda bir əsas vəzifə durur: o da təhsil aldığınız liseyin adına layiq peşəkar hərbi qulluqçu kimi yetişməkdir. Liseyin məzunları bundan sonra da təhsili və nizam-intizamı ilə seçilməli, hərb sənətinə dərindən yiyələnməli, mütaliə etməli, yeni texnologiyaları, müasir silahları, hərbi texnikanı mükəmməl mənimsəməli, dünyagörüşlərini daim artırmalıdırlar. Zabit adını daşımaq böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməlidir. Tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi-psixoloji hazırlığına nail olmalıdır.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər Silahlı Qüvvələrimizi yeni inkişaf mərhələsinə yüksəltməklə yanaşı, həm də dövlət-xalq-ordu birliyini daha da möhkəmləndirir. Hərbi qulluqçuların xidməti və yaşayışı üçün hərtərəfli şərait yaradılır, infrastruktur yenilənir, maddi-texniki təminat gücləndirilir. Zabit peşəsini seçən hər bir gənc bilməlidir ki, o, təhsil illərində olduğu kimi, gələcək xidmət dövründə də daim dövlətin himayəsində olacaqdır. Çalışın sizə göstərilən bu etimadı layiqincə doğruldub peşəkar zabit kimi formalaşasınız.

Ali Məclisin Sədri bir daha buraxılış münasibətilə kursantları təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulayıb.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov buraxılış mərasimində iştirakına görə Ali Məclisin Sədrinə liseyin kollektivi adından minnətdarlıq edərək deyib: Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə hərbi lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıbdır. Görülən işlərin nəticəsidir ki, ixtisaslı hərbçi kadrların hazırlanması üçün bütün imkanlar var. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Cari dərs ilində kursantların fiziki və mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılıb, onlar il ərzində keçirilən beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarında iştirak edərək layiqli yerlər tutublar. Məhəmməd Həsənov bundan sonra da göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcəklərinə söz verib.

Heydər Əliyev adına Hərbi Liseyin məzunu Yusif Məmmədzadə çıxış edərək deyib: “Bu gün kursantların həyatında əlamətdar gündür. Üç illik lisey həyatı bizim gələcəyin zabiti, Vətən müdafiəçisi kimi formalaşmağımızda mühüm rol oynayıb. Göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Ali Məclisin Sədrinə minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, Ulu Öndərimizin adını daşıyan hərbi liseyin şərəfini daim uca tutacaq, qarşıdakı təhsil illərində də yüksək bilik və hərbi intizamımızla öndə gedəcəyik. Əmin edirik ki, “And yerimiz Vətən” bizim kimi oğulların çiynində daim yüksələcəkdir:

Vətəndaş olmasa, boş şeydir Vətən

Beş günlük, on günlük güney qarıdır.

“Vətən” məfhumunun arxasındakı

Vətənin vüqarlı oğullarıdır.

Sonra Ali Məclisin Sədri əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Tapdıq Abbasov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.

Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.

Sonra Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb.

Aşpaz Bəyim Bayramova minnətdarlıq edərək deyib: “Liseydə kursantların qidalanması və sağlamlıqlarının qayğısına qalınır. Yaradılan şərait bizi də qürurlandırır. Çalışırıq ki, dövlətimizin göstərdiyi qayğıya öz işimizlə cavab verək. Kursantlarla fəxr edir və onlara övladımız kimi qayğı göstəririk”.

Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Liseyin müəllimləri ölkəmizin gələcəyi olan layiqli vətəndaşlar hazırlayır. Çünki ordu hər bir ölkənin gələcəyi və müstəqilliyinin qarantıdır. Liseyin məzunları ali hərbi məktəblərdə təhsil aldıqdan sonra Azərbaycan ordusunda xidmət edəcəklər. Liseydə aldıqları təhsil və tərbiyəni gələcək xidmət dövründə tətbiq edəcək, nümunə göstərəcəklər. Onların hər bir nailiyyəti həm də müəllimlərinin uğurudur. Azərbaycan ordusunda zabit kimi xidmət edən hərbi liseyin məzunlarının yalnız uğurlarının şahidi olmuşuq. Bütün bunlar da müəllim-zabit heyətinin birgə səyi və əməyinin nəticəsidir. Heydər Əliyev adına Hərbi Liseyin ötən dövründəki fəaliyyəti onu deməyə əsas verir ki, məktəbin uğurlu gələcəyi vardır.

Ali Məclisin Sədri müəllimlərə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı şair Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransda çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr