Heydər Əliyev Fondunun təşəbbüsü ilə konsert proqramı hazırlanıb
Bakı, 15 iyun, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə konsert proqramı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın tanınmış estrada ulduzlarının iştirak etdikləri konsert COVID-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 27-ci ildönümündə - Milli Qurtuluş Günündə təqdim olunacaq konsert proqramı həm də vətəndaşlara növbəti sınaq qarşısında birliyə, vahid qüvvə kimi çıxış etməyə, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verməyə, özləri və yaxınlarının sağlamlıqlarını qorumaq məqsədilə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırış məqsədi daşıyır.
Layihə ölkə ərazisində davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Heydər Əliyev Mərkəzində, tamaşaçısız həyata keçirilib. Konsert iyunun 15-də AZTV və Xəzər Televiziyasında 21:00-da, İctimai Televiziyada isə 21:30-da yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:43]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:02]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [17:48]
Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək
- 08.10.2026 [17:16]
Natəvan poeziyasının bədii çalarları
- 08.10.2026 [17:16]