“HEYDƏR ƏLİYEV LEKTORİYASI”NIN NÖVBƏTİ MƏŞĞƏLƏSİ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AMEA Naxçıvan bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi 20 Yanvar faciəsinin 15-ci ildönümünə həsr olunmuşdur.
Bölmənin sədri akademik İsmayıl Hacıyev çıxışında bildirmişdir ki, 20 Yanvar tariximizə tək faciəli gün kimi deyil, həm də oyanış, milli şüurun formalaşması günü kimi daxil olmuşdur. Bu hadisəyə hüquqi-siyasi qiymət verilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Böyük öndərimiz faciədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək kəskin etirazını bildirmişdir.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Emin Şıxəliyev “Ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar faciəsinə qiymət verilməsində və xalqımızın milli mənlik şüurunun oyanmasında rolu” mövzusunda məruzə etmişdir.
Məşğələdə çıxış edənlər 20 Yanvar faciəsinin başvermə səbəblərindən və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışmışlar.
Tədbir iştirakçıları bölmənin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]