HEYDƏR ƏLİYEVİN ADI ƏBƏDİLƏŞDİRİLİR
Ağstafa rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin adını əbədiləşdirmək üçün şəhərin mərkəzi küçələrindən birinə - Azadlıq prospektinə onun adı verilmişdir. Həmin küçədə indi səkilər genişləndirilir, dekorativ ağac və gül kolları əkilir.