HİNDİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB MANMOHAN SİNQHƏ
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və bütün Hindistan xalqına ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Hindistan əlaqələri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və çiçəklənmə arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 yanvar 2005-ci il.