Hindistan şəhər inkişafı sahəsində daha məqsədli maliyyələşdirmə modelinə keçməyi planlaşdırır
Bakı, 20 may, AZƏRTAC
Hindistan şəhər inkişafı sahəsində ümumi subsidiya verilməsi təcrübəsindən daha məqsədli maliyyələşdirmə modelinə keçməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mənzil İnşaatı və Şəhər İnkişafı Korporasiyasının (HUDCO) sədri Sancay Kulşrestxa WUF13 çərçivəsində “Bankçılıq üçün yararlı bələdiyyələr, yaşanacaq şəhərlər” mövzusunda keçirilən tədbirdə deyib.
HUDCO sədri bildirib ki, Hindistan hökuməti şəhər yerli özünüidarəetmə orqanlarına maliyyə dəstəyi prinsiplərini dəyişməyə hazırlaşır. Belə ki, ümumi subsidiyalar əvəzinə banklar üçün qəbul olunan, iqtisadi baxımdan əsaslandırılmış layihələrə dəstək veriləcək. Federal büdcədən vəsait yalnız ətraflı hazırlanmış layihələrə ayrılacaq: “Bu dəyişikliklər Hindistanın 16-cı Maliyyə Komissiyasının proqramında da öz əksini tapıb və şəhər özünüidarəetmə orqanları üçün əlavə stimul yaradacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [20:17]
Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub
- 20.05.2026 [20:14]
WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub - YENİLƏNİB VİDEO
- 20.05.2026 [20:07]