Hindistanda buzlaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
Bakı, 8 fevral, AZƏRTAC
Hindistanın şimalında yerləşən Uttarakxand ştatında buzlaq sürüşməsinin səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, NDTV telekanalının yerli polis orqanlarına istinadla yaydığı məlumata görə, tunellərdə qalanların xilas edilməsi üzrə əməliyyat davam edir. İndiyədək 15 nəfər xilas edilib, müxtəlif yerlərdən 14 cəsəd çıxarılıb.
Fəlakətlərin idarə olunması üzrə mərkəzdən bildiriblər ki, 170-ə yaxın insan itkin düşmüş hesab olunur. Onların əksəriyyəti məcrasından çıxan dağ çayları üzərindəki su elektrik stansiyalarının işçiləridir. Axtarış əməliyyatlarına milli və yerli xilasedicilər, polislər və hərbçilər cəlb olunub.
Xatırladaq ki, noyabrın 7-də nəhəng buz kütlələrinin sürüşərək çaylara tökülməsi Hindistanın şimalındakı yüksək dağlıq rayonlarda qəfil daşqınlara səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]