Hindistanda yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
Pekin, 28 mart, AZƏRTAC
Hindistanın şimalındakı Uttar Pradeş ştatında zəvvarları daşıyan pikapın qoşqulu nəqliyyat vasitəsinə çırpılması nəticəsində azı 8 nəfər ölüb, 20-si yaralanıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, qəza ştatın paytaxtı Laknaudan təxminən 151 kilometr cənubda Kauşambi rayonunun Saini polis bölməsi ərazisindəki magistral yolda baş verib.
Məlumata görə, zəvvarlar yeni doğulmuş körpələri üçün məbəddə keçirilən mərasimdən qayıdırmışlar. Qəzadan dərhal sonra polis və xilasetmə qrupları hadisə yerinə göndərilib. Ölənlərin 5-i qadın, 3-ü uşaqdır.
Qeyd edək ki, bu ölkədə hər il yol-nəqliyyat hadisələrində orta hesabla 150 min nəfər ölür. Təkcə 2023-cü ildə avtomobil qəzalarında təxminən 10 mini uşaq olmaqla 172 mindən çox insan ölüb ki, bu da günə 74 və ya hər 3 dəqiqəyə bir ölüm deməkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]