HİNDİSTANDAKI SƏFİRLİYİMİZDƏ 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Hindistandakı səfirliyimizdə də tədbirlər keçirilmişdir.
Səfirlik 20 Yanvar faciəsi ilə bağlı bülleten hazırlamış və Nyu-Dehlidə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara, habelə Hindistanın dövlət informasiya agentliyinə göndərmişdir.
Səfirlikdən onu da bildirmişlər ki, Yanvarın 20-də Nyu-Dehli şəhərində səfirliyin və Hindistan ictimaiyyəti nümayəndələrinin təşəbbüsü ilə “Hindistan-Azərbaycan İnformasiya və Mədəniyyət Mərkəzi” cəmiyyətinin təsis yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]