Hindistanlı moto idmançı Dakar ralli-marafonunda qəzadan sonra komaya düşüb
Bakı, 7 yanvar, AZƏRTAC
Hindistanlı moto idmançı Santoş Çançanquppe Şivaşankar Dakar rallisi-marafonunun dördüncü mərhələsində baş verən qəzadan sonra Ər-Riyaddakı xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri məlumat yayıb.
Yanvarın 6-da keçirilmiş dördüncü mərhələdə hindistanlı idarəetməni itirib və qəza nəticəsində başından zədə alıb. Əvvəlcə “Hero Motosports” komandası onun vəziyyətinin sabit olduğunu bildirsə də, sonradan həkimlərin idmançını müayinə etmək və baş zədəsinin ağırlığını təyin etmək üçün onu süni komaya salmağa qərar verdikləri məlum olub.
Otuz yeddi yaşlı Santoş Çançanquppe Şivaşankar 2015-ci ildən Dakar ralli-marafonunda yarışan ilk hindistanlı idmançıdır.
Dakar marafonu yanvarın 15-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]