Hollivud ulduzu Maykl Duqlas Kann Film Festivalında fəxri mükafata layiq görülüb
Bakı, 18 may, AZƏRTAC
Hollivud ulduzu, aktyor Maykl Duqlas 76-cı Kann Film Festivalında fəxri “Qızıl palma budağı” mükafatına layiq görülüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mükafatı M.Duqlasa aktrisa Uma Turman və aparıcı Kyara Mastroyani təqdim ediblər.
“Bu mükafata və xoş sözlərə görə təşəkkür edirəm. Dünyada yüzlərlə festival mövcuddur, ancaq bunların içində kino sahəsinin tək festivalı Kandır. Bu festivalın 76 yaşı var, amma mən daha da qocalmışam”, - deyə dünyaşöhrətli aktyor M.Duqlas söyləyib.
Qeyd edək ki, bu fəxri mükafat sevilən aktyora kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə verilib. Maykl Duqlas film festivalında həyat yoldaşı, dünyaşöhrətli aktrisa Ketrin Zeta-Cons və qızı Karislə birgə iştirak edib.
Rəsmi açılış mərasimi keçirilmiş 76-cı Kann Film Festivalı mayın 27-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]