Hüquqi şəxslərə məsləhət xidməti göstərən müəssisənin vergi öhdəliyi hansılardır?
Bakı, 16 dekabr, AZƏRTAC
Yeni yaradılan müəssisə hüquqi şəxslərə yalnız məsləhət xidməti göstərirsə, vergi öhdəliyi nədən ibarətdir?
Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergiödəyicisi olmaq hüququ saxlanılır.
Göstərilən xidmətlərin 30 faizindən çoxu vergiödəyicilərinə göstərildiyi halda hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]