Hüseyn Böyükfırat: D8-in prinsipləri yalnız üzv ölkələr deyil, bütün dünya üçün vacibdir
Bakı, 29 aprel, AZƏRTAC
Bu gün dünyada ən çox ehtiyac duyulan dəyərlər D8 bayrağında ifadə olunan altı əsas prinsipdə əks olunub. Bunlar müharibə yox, sülh, münaqişə yox, dialoq, ikili standartlar yox, ədalət, üstünlük yox, bərabərlik, istismar yox, əməkdaşlıq, zülm və hökmranlıq yox, insan haqları, demokratiya və azadlıqdır. Bu prinsiplər yalnız D8 ölkələri üçün deyil, bütün dünya üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyn Böyükfırat “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində keçirilən “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı panel müzakirəsində səsləndirib.
H.Böyükfırat çıxışında bildirib ki, qeyri-hökumət təşkilatları cəmiyyətin vicdanını təmsil edir. Bu gün D8 ölkələrinin və ümumilikdə müsəlman dövlətlərinin vətəndaş cəmiyyətlərinin birliyi və əməkdaşlığı mühüm nəticələr verir.
O qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatlarının əsas vəzifəsi ədaləti müdafiə etmək, cəmiyyətin haqq səsini dünyaya çatdırmaqdır.
Hüseyn Böyükfırat, həmçinin Qarabağ Zəfəri zamanı Türkiyənin və Azərbaycanın birlik nümayiş etdirdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]