“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Oktyabrın 24-də AMEA-nın Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı ilə böyük dramaturq və şairin anadan olmasının 138 illiyinə həsr edilən “Hüseyn Cavid əbədiyyəti” mövzusunda Respublika onlayn elmi konfransı keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 20-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblərlə Hüseyn Cavidin ev-muzeyinin saytında tanış olmaq mümkündür.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur. Əlavə məlumatı (+994 12) 492 06 57 telefon nömrəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]