HÜSEYN CAVİD HAQQINDA FİLM ÇƏKİLMİŞDİR
Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, “Yaddaş” kinostudiyasında böyük dramaturqumuz Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş yeni sənədli film çəkilmişdir.
Çəkilişləri Bakıda və Naxçıvanda aparılmış filmin ssenari müəllifi Azər Turan, quruluşçu rejissoru Şamil Nəcəfzadədir. Filmdə şairin oğlu Ərtoğrulun bəstələdiyi musiqidən istifadə olunmuşdur.
Hazırda film üzərində səsləndirmə və montaj işləri aparılır.
Filmin təqdimetmə mərasimi ilin sonuna nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:22]
Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]