İbtidai sinif müəllimləri üçün oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim
Bakı, 28 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün “Oxu üzrə dekodlaşdırmadan anlamaya interaktiv keçid” mövzusunda onlayn təlim keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi müəllimlərə oxuyub-anlama prosesinin daha effektiv təşkili yollarını təqdim etmək, şagirdlərdə düşünərək oxuma, məna çıxarma və mətn üzərində analitik təhlil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müasir və məqsədli yanaşmalarla tanış etməkdən ibarətdir.
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan təlim çərçivəsində müəllimlərə şagirdlərin oxuduqları mətn üzərində düşünməsini, nəticə çıxarmasını və oxu prosesində daha fəal iştirakını təmin edən pedaqoji metod və strategiyalar təqdim olunacaq. Bu yanaşmalar gündəlik dərs prosesində tətbiq üçün, eyni zamanda PIRLS kimi beynəlxalq qiymətləndirmələrdə tələb olunan yüksəksəviyyəli oxu və anlama bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Təlim aprelin 29-da saat 16:00-da Microsoft Teams üzərindən təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]