İcma: Ermənistan XİN iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam edir
Bakı, 25 dekabr, AZƏRTAC
Ermənistan Xarici İşlər Nazirliyi iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam edir. Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan xarici işlər nazirinin müavini “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESCO missiyasının göndərilməsinə dair çağırış edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
“İlk növbədə, vurğulamaq istərdik ki, təxminən 30 illik bir dövrdə işğal edilmiş torpaqlarda Azərbaycan xalqının mədəni irsini dağıdan, təhqir edən və UNESCO missiyasının həmin ərazilərə göndərilməsinə mane olan Ermənistan olub.
UNESCO-nun fakt-araşdırıcı missiyası əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir. Qərbi Azərbaycan İcması bu məsələni dəfələrlə qaldırıb. Lakin Ermənistan nəinki UNESCO missiyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə danır.
Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır”, - deyə açıqlamada qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 13.06.2026 [11:27]