İƏT beynəlxalq ictimaiyyətə müraciət edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu il oktyabrın 27-də Cammu və Kəşmirin Hindistan tərəfindən qeyri-qanuni işğalının 76 illiyi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bu münaqişənin həlli istiqamətində konkret addımlar atmağa çağırıb..
AZƏRTAC təşkilatın mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, Baş Katiblik İƏT-nin Cammu və Kəşmir əhalisinin öz müqəddəratını təyinetmə hüququ da daxil olmaqla, bütün hüquq və azadlıqlarına dəstəyini bir daha təsdiqləyib.
İslam Zirvəsi və İƏT Xarici İşlər Nazirləri Şurasının qərar və qətnamələrinə istinad edərək, Baş Katiblik Hindistanı Cammu və Kəşmir əhalisinin əsas insan hüquqlarına hörmət etməyə və ərazinin beynəlxalq səviyyədə tanınmış mübahisəli statusu fonunda 5 avqust 2019-cu il tarixindən bu günə kimi qəbul edilmiş qeyri-qanuni və birtərəfli tədbirləri ləğv etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]