İƏT İslam irsinin qorunması üzrə vahid platforma yaradacaq
Bakı, 17 may, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibliyinin Ciddədəki baş qərargahında İslam dünyasında mədəni irsin qorunması və təbliği sahəsində vahid platformanın yaradılması üzrə açıq hökumətlərarası ekspert qrupunun iclası keçirilib.
AZƏRTAC təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, İƏT fövqəladə hallarda mədəni və təbii irsin qorunmasına yönəlmiş beynəlxalq səyləri və təşəbbüsləri dəstəkləyib. İclasda qeyd olunub ki, təşkilat eyni kontekstdə qlobal səylərə öz töhfəsini verməkdə, bu son dərəcə vacib məsələ üzrə fəaliyyəti gücləndirməkdə davam edir.
İclasda İƏT-in Baş katibi Hissein Brahim Tahanın adından onun humanitar, mədəni və sosial məsələlər üzrə köməkçisi, səfir Tariq Əli Baxit çıxış edib. O vurğulayıb ki, mədəni irs İƏT-in coğrafi məkanında müxtəlif və zəngin mədəni sərvətləri özündə cəmləşdirir və həqiqətən də xalqların kollektiv yaddaşının qorunması, tarixi sivilizasiyanın davamlılığının təmin edilməsi prosesində əsas amildir.
Səfir Tarik qeyd edib ki, iclasın keçirilməsindən məqsəd bu mandatın icrası prosesini izləmək və nəhəng, perspektivli və potensial olaraq faydalı layihənin müxtəlif aspektlərini müzakirə etməkdir. O, həmçinin bildirib ki, iki gün davam edəcək tədbirin İƏT-ə üzv dövlətlərdə mədəni irsin qorunması və genişləndirilməsində gələcək rolu ilə bağlı səmərəli müzakirələr üçün faydalı olacağına əmindir.
Ekspertlər qrupu İƏT-in qətnamələrinin, xüsusilə də Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul edilmiş İslam və dünya tarixi-mədəni irsinin qorunmasına dair 10/49-C saylı Qətnamənin icrası çərçivəsində görüşüb. İclasda İƏT-in müvafiq orqan və institutlarının sözügedən platformanın yaradılması və təşviqi üzrə təklifləri ətrafında fikir mübadiləsi aparılıb.
Platformanın yekun variantı İslam ölkələrinin mədəni irsin qorunması sahəsində fəaliyyət göstərən qurumlarına göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]