İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası Niameydə keçiriləcək
Qahirə, 24 noyabr, AZƏRTAC
Noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niameydə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın Baş Katibliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Sülh və inkişaf naminə terrorizmə qarşı səylərin birləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada İslam dünyası üçün aktual problemlər - ekstremizm və terrorizmə, həmçinin islamofobiya və dini ayrı-seçkiliyə qarşı mübarizə məsələləri müzakirə ediləcək.
İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osaymin qeyd edib ki, sessiyada qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqların problemləri ətrafında da fikir mübadiləsi aparılacaq.
İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri, həmçinin təşkilatın siyasi, humanitar, sosial-iqtisadi, texnoloji və digər sahələr üzrə inkişafa dair qəbul etdiyi 2025-ci ilədək fəaliyyət planının yerinə yetirilməsini də nəzərdən keçirəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]