İftixar Piriyev: Dövlət başçımızın humanist və qayğıkeş insanlıq meyarları bütün azərbaycanlıların qürur mənbəyidir
Bakı, 17 aprel, AZƏRTAC
Dünyanı cənginə almış COVID-19 pandemiyasının ən böyük dövlətləri çökdürdüyü bir zamanda, bu öldürücü virusun ölkəmizdə geniş cövlan etməsinin qarşısını almaq üçün Prezident İlham Əliyevin durmadan apardığı yüksək təqdirəlayiq əzmkar və səlis iş prosesi çox az zədələnmə ilə müşayiət olunmaqla, sağlam mənzərənin yaranmasına səbəb olur.
Bu fikirləri AZƏRTAC-a Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev bildirib.
Qeyd edib ki, xalqımıza bu qədər candan göstərdiyi qayğı ən ali meyarlar ölçüsündə bərqərardır. Lazım olan bütün tədbirlərin vaxtında və dərhal həyata keçirilməsi üçün qəbul etdiyi qərarlar və özünü müsbət mənzərə ilə göstərməkdə olan bu qərarların nəticələri xalqımızın ruh yüksəkliyinin təmin olunmasına rəvac verir.
Bildirib ki, belə bir vəziyyətdə dünyanın hansı səmtində yaşamasına və hansı əqidəyə xidmət etməsinə baxmayaraq, xalqımızın, millətimizin hər bir nümayəndəsinə göstərdiyi ali diqqət dövlət başçımızın əvəzsiz liderliyinin göstəricisi olduğunu mübaliğəsiz şəkildə isbat edir: "Belə humanist və qayğıkeş insanlıq meyarları Azərbaycanın və bütün azərbaycanlıların qürur mənbəyidir. İnsan çətin anlarda əsl simasını, genetik xüsusiyyətlərini, insanlıq hisslərini və öz əzminin miqyasını istər-istəməz büruzə verir. Azərbaycan xalqı ağır günlərdə bütün fövqəladə meyarlarınızla əsl öndərlik əyyarına malik olduğunuzu, öndərlik zirvəsinə çoxdan yüksəlmiş olduğunuzu bütün aydınlığı ilə görür. Elə ona görə də atdığınız hər addımda xalqımız birlik, bərabərlik, bütövlük nümayiş etdirir, ətrafınızda sıx birləşməyə, yumruq olmağa tələsir. Fərəh hissi doğuran, ruh yüksəkliyi yaradan bu fövqəlfenomenlik meyarlarınızla xalqımızı zirvələrə yüksəldirsiniz. Bu özünəməxsusluq kriteriyasının fenomenal cəhəti bir azərbaycanlı kimi xalqımızın bütün nümayəndələrini daim qanadlanmağa, dünya xalqları arasında özünü qürurlu olmağa, başını dik tutmağa təminat verir".
İftixar Piriyev əminliklə ifadə edib ki, dövlət başçımızın candan gələn qayğısı, alicənablığı, öndərlik missiyası xalqımızın bütün bəlalardan asanlıqla xilas olmasını və firavan həyata dönüşünü tənzimləyəcək, sərhədlərimizin hüdudları çərçivəsində yeni həyata başlamasına meydan yaradacaq və xalqımızı yeni gələcəyə doğru əzmlə aparacaq.