İki azərbaycanlı şahmatçı kadetlər arasında rapid və blits üzrə dünya birinciliyində iştirak edir
Bakı, 2 iyun, AZƏRTAC
Bu günlərdə Minskdə tarixdə ilk dəfə olaraq kadetlər arasında sürətli şahmat və blits üzrə dünya birinciliyi keçirilir. Turnirdə 24 ölkədən 662 gənc şahmatçı, o cümlədən Azərbaycandan iki şahmatçı iştirak edir.
AZƏRTAC xəbər verir ki, medallar oğlanlar və qızlar arasında 8, 10 və 12 yaş kateqoriyasında keçirilir.
Bu gün və sabah sürətli şahmat çempionatı keçirilir. Azərbaycanlılar arasında mükafat yerlərinə iddialılar ustalığa namizəd Ümid Aslanov (12 yaşadək oğlanlar arasında) və Rauf Seyidovdur (8 yaşadək).
İyunun 4-də blitsdə ən güclülər müəyyən ediləcək.
On iki yaşadək oğlanlar və qızlar arasında rapid üzrə dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir (10 dəqiqə + 5 saniyə).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]