İki azyaşlının meyitinin aşkar edilməsi faktı üzrə araşdırma aparılır
Bakı, 18 may, AZƏRTAC
Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:42]
Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib
- 10.08.2026 [16:17]