İkinci Rusiya-Özbəkistan Regionlararası Forumunda 8,9 milyard dollar dəyərində sazişlər imzalanıb
Daşkənd, 18 noyabr, AZƏRTAC
Moskvada keçirilən ikinci Rusiya-Özbəkistan Regionlararası Forumunun nəticələrinə əsasən, 8,9 milyard dollar dəyərində sazişlər imzalanıb.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, sazişlər ticarət-iqtisadi, sosial inkişaf, infrastruktur, rəqəmsal texnologiyaların tətbiqi, neft-qaz, metallurgiya, energetika, kimya sənayesi, elektrotexnika, əczaçılıq, kənd təsərrüfatı, toxuculuq, bank-maliyyə, nəqliyyat əlaqələrinin genişləndirilməsi, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
141 investisiya layihəsinə 7,4 milyard, 455 ixrac müqaviləsinə 1,6 milyard dollar həcmində sərmayə qoyulacaq. Bundan başqa, ölkələrin regionları arasında 75 yeni investisiya layihəsinin yerinə yetirilməsi də razılaşdırılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]