Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev və Azərbaycan Ordusu

İlham Əliyev və Azərbaycan Ordusu

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycanın müasir tarixində dövlət quruculuğunun çox mühüm istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Bu proses xüsusilə Prezident İlham Əliyevin respublikaya 20 illik rəhbərliyi dövründə daha da dərinləşərək Azərbaycan Ordusunun təşkilati, təchizat və döyüş keyfiyyətləri baxımından tamamilə yeni səviyyəyə qalxmasına və dünyanın ən güclü orduları sırasında yer almasına yol açıb.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professor-məsləhətçisi, tarix elmləri doktoru Mehman Süleymanovun “Prezident İlham Əliyev və Azərbaycan ordusu” adlı araşdırma məqaləsində yer alıb.

Dövlətimizin başçısı İlham Əliyev ordunun gücləndirilməsini hər zaman prioritet istiqamət hesab edir

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan öz inkişafının elə səviyyəsinə çatıb ki, onun üçün həll edilməsi mümkün olmayan vəzifələr yoxdur. Bunun üçün dövlətin gücü, potensialı və bu amilləri ordu quruculuğuna səfərbər etməyi bacaran ölkə rəhbərliyi var. Məhz İlham Əliyevin rəhbərlik etdiyi dövlət ordu quruculuğunun konkret vəzifələrini müəyyənləşdirir, onun həlli yollarını konkretləşdirir və vaxtında həmin vəzifələri həyata keçirir.

Güclü ordunun qurulmasının və daha da möhkəmləndirilməsinin əsas yollarından birini Prezident İlham Əliyev bu ordunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində təmin edilməsində görür. Ölkənin Ali Baş Komandanının rəhbərliyi ilə bu məsələ kompleks şəkildə həll olunur və həmin məqsədlə iqtisadiyyatımızın inkişafına xüsusi diqqət yetirilir. Bu mənada Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdirilməsi, bunun üçün iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyanın cəlb edilməsi üçün əlverişli mühitin yaradılması istiqamətində ciddi və tarixi addımlar atılıb. Əldə edilmiş uğurlu nəticələr isə ildən-ilə hərbi büdcənin də davamlı şəkildə artmasına və ordu quruculuğunun sürətli inkişafına yol açdı.

Konkret rəqəmlərə istinad edilərsə Azərbaycanın hərbi büdcəsinin artım dinamikası aşağıdakı kimi idi: İlham Əliyev Prezident seçildikdən bir il sonra Azərbaycanın hərbi büdcəsi 175 milyon dollar oldu. 2005-ci ildə isə büdcə xərcləri 300 milyon dollara çatdırıldı. Bu rəqəm büdcənin ilkin göstəricilərində nəzərdə tutulan vəsaitdən artıq idi. 2006-cı ildə Azərbaycanın hərbi büdcəsinin 600 milyon dollara çatdırılması planlaşdırılırdı. Başqa sözlə 2005-ci illə müqayisədə Azərbaycanın hərbi büdcəsinin iki dəfə artması gözlənilirdi. İlham Əliyev bunu real sayırdı və bildirirdi ki, əgər dövlətin ümumi büdcəsi 2006-cı ildə iki dəfə artacaqsa, hərbi büdcənin də iki dəfə artması təbii olmalıdlr. Hərbi büdcədə belə bir artım ordunun daha müasir silah və texnika ilə təchizatına da əlavə imkanlar açır.

Bu dinamika sonrakı illərdə də davam etdi

2013-cü il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilinin 95 illiyinə həsr olunmuş hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlərlə bağlı ictimaiyyətə açıqladığı məlumatlar dövlət rəhbərliyinin bu sahəyə ayırdığı diqqəti bir daha ortaya qoydu. İlham Əliyevin bu tədbir zamanı Silahlı Qüvvələrin maddi-texniki bazası haqqında söylədikləri yalnız hesabat xarakterli məlumat deyildi, həm də dövlətin bu sahədə gələcək fəaliyyət planları haqqında bir məlumat idi. "Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur. Bu da təbiidir. Biz son illər ərzində ən müasir texnikaları almışıq. XXI əsrdə müharibələr daha çox texnologiyalar, biliklər üzərində qurulacaqdır. Bu, zəmanənin tələbidir. Azərbaycanın son illər ərzində əldə etdiyi silahlar müasir silahlardır. Yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan silahlardır. Son illərdə yüzə yaxın döyüş və nəqliyyat helikopteri alınmışdır. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir. Bu proses davam etdirilir. Növbəti illərdə də hərbi xərclər ümumi büdcəmizdə üstünlük təşkil edəcəkdir. Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi iki milyard dollara yaxındır. Yəni, ancaq hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur".

İlham Əliyev çıxışlarında Azərbaycan Ordusunun professionallığının və döyüş gücünün artmasını da dəfələrlə qeyd etmişdi və bu keyfiyyətlərin əldə edilməsində kadr hazırlığını yüksək qiymətləndirirdi. Məlumdur ki, milli hərbi kadrların yetişdirilməsi üçün zəruri baza hələ Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə yaradılmışdı və təhsil bazası Azərbaycan Ordusunu zəruri ixtisaslar üzrə hazırlıqlı kadrlarla təmin edirdi. Həmin təhsil bazalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması İlham Əliyevin daimi nəzarəti və qayğısı altında idi. İlham Əliyev dəfələrlə hərbi təhsil bazalarında olmuş, gənc zabitlərin buraxılış mərasimlərində iştirak etmiş, onların qarşısında çıxış etmiş və onlara öz xeyir-duasını vermişdi. Dövlətimizin başçısı bildirirdi ki, Azərbaycan Ordusunun yeni inkişaf səviyyəsinə qalxmasının əsas səbəblərindən biri də orduda peşəkar kadrların hazırlanması və təhsil məsələlərinə böyük diqqət verilməsidir.

İlham Əliyevin uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun infrastrukturunda ciddi dəyişikliklər baş verdi, döyüş hazırlığına yeni tələblər irəli sürüldü, bunun üçün yetərli sayda poliqonlar, döyüş hazırlığı meydanları yaradıldı. Vaxtaşırı döyüş şəraitinə yaxınlaşdırılmış təlimlərin keçirilməsi, beynəlxalq döyüş təcrübəsinin öyrənilməsi və əldə edilən biliklərin ən müasir hərbi texnikanın imkanları ilə əlaqələndirilməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeni səviyyəyə qaldırdı.

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən bu qiymətin doğruluğunu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Naxçıvanın Günnüt ərazisində, 2020-ci ilin iyununda Tovuz rayonu ilə sərhəddə və nəhayət 2020-ci ilin 44 günlük Vətən müharibəsində döyüş qabiliyyəti ilə sübut etdi və Azərbaycanın hərb tarixinə şərəfli səhifələr yazdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yol açan böyük Zəfərdən sonra ordu quruculuğunun yeni bir səhifəsi açıldı. Azərbaycan Ordusunda, onun rəhbər strukturlarında, hərbi təhsil sistemində çox ciddi dəyişikliklər baş verdi. Müdafiə Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələri 2022-ci ildə yaradılmış Milli Müdafiə Universitetində birləşdirildi, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin sayı artırıldı, döyüş hazırlığına və peşəkarlığın artırılmasına diqqət və qayğı daha da artırıldı, müasir hərbi texnikanın əldə edilməsi davam etdirildi. Bu məqsədlər üçün 2022-ci ildə hərbi xərclər üçün dövlət büdcəsindən 4,5 milyard manat, 2023-cü ildə isə 6 milyard manat vəsait ayrıldı.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin respublika Prezidenti seçilməsinin 20 illiyi ərəfəsində dünya hərb təcrübəsi üçün nadir olan antiterror tədbirləri keçirdi. Sentyabrın 19-20-də Azərbaycan Ordusunun hissə və bölmələri Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən cəmi bir sutka ərzində bu bölgədə Azərbaycanın suverenliyini bərpa etdilər. Yəni İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi və möhkəmlənməsi davam etməkdədir və şübhə yoxdur ki, bu Ordu gələcəkdə də həm bölgənin, həm də dünyanın ən güclü ordularından biri kimi qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq