İLİN BİRİNCİ YARISINDA TƏXMİNƏN 11 MİLYARD KİLOVAT/SAAT ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLMİŞDİR
Cari ilin iyun ayı ərzində “Azərenerji” sistemində 1,342 milyard kilovat/saat elektrik enerjisi istehsal olunmuşdur. Ölkənin baş energetika idarəsinin Mərkəzi Dispetçer Xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu qədər elektrik enerjisinin 1,171 milyard kVt/saatı istilik stansiyalarının, 171 milyon kVt/saatı su elektrik stansiyalarının payına düşür. Cari ilin iyununda elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövründəkinə nisbətən 111 milyon kVt/saat, yaxud 9 faiz artmışdır. Diqqətəlayiq haldır ki, su elektrik stansiyalarında enerji istehsalı təxminən iki dəfə çoxalmışdır. Bu isə güclü su axını və SES-lərin fəal işləməsi ilə izah edilir. Bununla bərabər, may ayında “Azərenerji” SC qonşu Rusiya, İran və Türkiyə ilə elektrik enerjisi mübadiləsini davam etdirmişdir. 2003-cü ilin birinci yarısında “Azərenerji” sistemində elektrik enerjisi istehsalı 10,995 milyard kVt/saatdan artıq olmuşdur ki, bu da ötən ilin göstəricisindən 1 milyard kVt/saat, yaxud 13 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]